Serbiya prezidenti istefasını elan edəcək

Serbiya prezidenti istefasını elan edəcək
# 04 aprel 2012 01:47 (UTC +04:00)
Bakı-APA. Bu gün Serbiya prezidenti Boris Tadiç istefa verəcəyini elan edəcək.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın “B-92” telekanalı məlumat yayıb.
Serbiya parlamentinin mayın 6-na yeni prezident seçkiləri təyin edəcəyi gözlənilir. Qeyd edək ki, mayın 6-da Serbiyada parlament və bələdiyyə seçkiləri keçiriləcək.
Tadiç istefa verəcəyi barədə öz partiya üzvlərinə bildirib. Onun sözlərinə görə prezident, parlament və bələdiyyə seçkilərinin bir gündə keçirilməsi dövlət vəsaitinin qənaət etməsinə imkan verir.
Lakin analitiklərin fikrincə Tadiç prezident seçkilərini parlament seçkiləri ilə bur günə salmaqla Serbiyada populyarlığı aşağı düşən öz partiyasına kömək etmək istəyir. Gözlənilir ki, Tadiç yeni prezident seçkilərdə öz namizədliyini irəli sürəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR