Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım 1,5% olub

Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım 1,5% olub
# 19 iyul 2012 12:40 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ilk 6 ayın yekununda adambaşına düşən ÜDM-in həcmi 2 828 manat və ya 3 597,5 ABŞ dolları təşkil edib.

ÜDM-in 17,5 mlrd. manatı (67,7%) istehsalın, 6,8 mlrd. manatı (26,3%) xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər 6% olub.

Cari ilin yanvar-iyun aylarında sənayedə 14,0 mlrd. manatlıq, yaxud ÜDM-in 54%-i qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,2 mlrd. manatlıq (4,5%), tikintidə 2,4 mlrd. manatlıq (9,2%), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 1,8 mlrd. manatlıq (7,0%), nəqliyyat və anbar təsərrüfatında 1,3 mlrd. manatlıq (4,9%), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 350,0 mln. manatlıq (1,4%), informasiya və rabitə xidmətlərində 431,8 mln. manatlıq (1,7%), sosial və digər xidmətlər sahəsində isə 2,9 mlrd. manatlıq (11,3%) əlavə dəyər istehsal edilib.

Bu dövrdə qeyri-neft ÜDM-in əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3% artması ilə yanaşı, neft-qaz sektorunda əlavə dəyər istehsalı 6,4% azalıb, neft və qeyri-neft sektorlarının ÜDM-də xüsusi çəkisi müvafiq olaraq 47,8% və 52,2% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR