Vəkil: “İddiaçı olan bəzi müxalifətçilər sərbəst toplaşma hüququnun pozulması ilə bağlı məhkəmələrə gəlmirlər”

Vəkil: “İddiaçı olan bəzi müxalifətçilər sərbəst toplaşma hüququnun pozulması ilə bağlı məhkəmələrə gəlmirlər”
# 14 avqust 2012 11:55 (UTC +04:00)
Lakin iddiaçılar olan bəzi müxalifətçilər proseslərə gəlmirlər. Düzdür, onlar fədakar insanlardır, ancaq məhkəməyə gəlməmələri məsuliyyətsizlikdir”. APA-nın xəbərinə görə, bunu İctimai Palatanın (İP) istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində saxlanma şəraitinə həsr olunmuş tədbirində vəkil Əsabəli Mustafayev deyib. O, məhkəməyə gəlməyən müxalifətçilərin adlarını açıqlamayıb.

Dəyirmi masa iştirakçılarından biri tədbirin gedişində Ə. Mustafayevə “çağırın, məhkəmələrə gəlsinlər” deyib. Vəkilin cavabı isə belə olub: “Vallah, çağırırıq, yenə gəlmirlər”.

O, müxalifət qəzetlərini də günahlandırıb. Vəkilin sözlərinə görə, mətbuat, o cümlədən müxalifət qəzetləri müxalifətçilərin məhkəmələrini işıqlandırmır: “Elə proseslər olur ki, cəmiyyət ondan ümumiyyətlə xəbər tutmur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR