Azərbaycan Beynəlxalq Bankı məlumat reytinqində liderliyini qoruyub

Azərbaycan Beynəlxalq Bankı məlumat reytinqində liderliyini qoruyub
# 07 avqust 2014 11:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Media Consulting and Services” (MC&S) şirkətinin hazırladığı reytinq cədvəlində Azərbaycan Beynəlxalq Bankı (ABB) 2014-cü ilin iyul ayında KİV-də yerləşdirilən məlumatların sayına görə yenə liderdir.

Bankdan “APA-Economics”ə bildirilib ki, MC&S reytinqinə əsasən ölkənin kütləvi informasiya vasitələrində iyul ayında ABB barədə 334 məlumat gedib. Bunun da 291-i onlayn KİV-in, digərləri qəzet, radio və televiziyanın payına düşür.

Qeyd edək ki, MC&S mütəmadi olaraq 160 adda kütləvi informasiya vasitələrini izləyir, iqtisadiyyatın 20 sektoru üzrə monitorinq keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR