Prezident İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayırıb
# 13 aprel 2012 16:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

«APA-Economics»in xəbərinə görə, sərəncamla Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Tovuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Azərbaycan Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR