Qahirədə nümayişçilər ABŞ səfirliyini ələ keçirməyə cəhd ediblər

Qahirədə nümayişçilər ABŞ səfirliyini ələ keçirməyə cəhd ediblər
# 13 sentyabr 2012 04:47 (UTC +04:00)
Bakı-APA. Misirdə “Müsəlmanların günahsızlığı” filminə etiraz edən nümayişçilər gecə saatlarında ikinci dəfə Qahirədəki ABŞ səfirliyinə hücum ediblər. Polis gözyaşardıcı qaz və xəbərdarlıq atəşləri ilə nümayişçilərin qarşısını ala bilib. Daha sonra etirazçılar səfirliyin binasını daşa basıblar. Aksiya zamanı bir avtomobil də yandırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri Təhrir meydanınadək qova biliblər. Hadisə nəticəsində 10 nəfərdən artıq insan xəsarət alıb.

Xatırladaq ki, Liviyanın Benqazi şəhərində «Müsəlmanların günahsızlığı» filminə etiraz olaraq keçirilən aksiya zamanı ABŞ-ın bu ölkədəki səfiri və daha 3 diplomat qətlə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR