Azərbaycan və Ukrayna qarşılıqlı ticarət dövriyyəsini artırır

Azərbaycan və Ukrayna qarşılıqlı ticarət dövriyyəsini artırır
# 04 aprel 2012 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi qısa müddət ərzində 2-3 dəfə artırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Ukraynanın xarici işlər nazirinin müavini Viktor Mayko bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 1,5 mlrd. ABŞ dolları təşkil edir. Lakin bu göstərici hər iki ölkənin mövcud imkanlarını əks etdirmir. Belə ki, iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir. «Biz kənd təsərrüfatı, tikinti, kosmik sənaye, kimya, neft sənayesi kimi sahələr hesabına qarşılıqlı ticarət dövriyyəsini 2-3 dəfə artıra bilərik. Hazırda Azərbaycan və Ukrayna iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edir və bu əməkdaşlığın inkişaf etdirərək ticarət dövriyyəsinin artırılması realdır», - deyə ukraynalı qonaq bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR