Azərbaycan Beynəlxalq Bankı avtokreditləşməni artırıb

Azərbaycan Beynəlxalq Bankı avtokreditləşməni artırıb
# 13 mart 2012 08:53 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) 2011-ci ildə avtomobil kreditləşməsini 15% artırıb. Bu barədə «APA-Economics»ə Bankın mətbuat xidmətindən məlumat verilib.

Hesabat ilində ABB fiziki şəxslərə avtomobil alınması üçün bir il əvvəlki 72,99 mln. manata qarşı 83,9 mln. manat kredit verib. Bu isə fiziki şəxslərə ayrılan kreditlərin ümumi həcminin 26,3%-ni təşkil edir.

Kreditin bu növü üzrə artım ABB-də kredit alınması prosesinin sadəliyi ilə bağlıdır. Hazırda kreditin minimal illik faizi ilkin ödənişdən asılı olaraq 17% və daha yuxarıdır. Minimal ilkin ödəniş 15% səviyyəsində müəyyənləşdirilib. Alınan nəqliyyat vasitəsinin istismar müddəti 5 ili ötməməlidir. Kreditin maksimum müddəti 36 ay ola bilər.

ABB müxtəlif markalı avtomobillərin alınmasına kredit verir, o cümlədən «Hyundai», «Toyota», «Volkswagen», «Porsche», «Opel», «Kia», «Great Wall», «Geely», «VAZ», «Chery» və «Seat» kimi istehsalçıların rəsmi dilerləri ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, 1992-ci ilin yanvarında yaradılan ABB Azərbaycanın ən böyük bankıdır. Bankın əsas səhmdarı səhmlərin 50,2%-nə sahib olan Azərbaycan hökumətidir. Səhmlərin 49,8%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR