Almaniyanın xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsində status-kvo vəziyyəti davamlı qala bilməz”

Almaniyanın xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsində status-kvo vəziyyəti davamlı qala bilməz”
# 16 mart 2012 09:15 (UTC +04:00)
APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Qido Vestervelle İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regiona, o cümlədən Ermənistana dividentlər gətirəcək. XİN başçısı ATƏT-in Minsk Qrupu çərçivəsində kompromis variantın tapılmasının zəruriliyini vurğulayıb: “Bakıya səfərimdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı durumu təfsilatı ilə müzakirə etdim. Bir daha qeyd etmək istəyirəm ki, Almaniya hökuməti ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etmə prinsipləri arasında balansın tapılması tərəfdarıdır”.

Nazir qeyd edib ki, Almaniya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına da tərəfdardır: “Bu, həm Ermənistanın, həm də Türkiyənin maraqlarına cavab vermiş olar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR