Anonymous haker qrupu Vatikanın saytına hücum edib

Anonymous haker qrupu Vatikanın saytına hücum edib
# 07 mart 2012 23:15 (UTC +04:00)
Bakı-APA. Anonymous haker qrupunun üzvləri Vatikan dövlətinin rəsmi saytı olan www.vatican.va-ya hücum ediblər.

«Anonimlər bu gün sizin mənfəətpərəst təşkilatınızın bütün dünyada yaydığı təliminiz və köhnəlmiş absurd konsepsiyanıza cavab olaraq Roma katolik kilsəsinin saytını dağıtmaq qərarına gəliblər», deyə Anonymous-un İtaliya bölməsinin saytında yerləşdirilmiş bəyanatda deyilir.

Bəyanatda hücumun xristian dini və onun ardıcıllarının əleyhinə yönəlmədiyi bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR