Bu il Azərbaycanda 25,5 min vergi pozuntusu aşkar edilib

Bu il Azərbaycanda 25,5 min vergi pozuntusu aşkar edilib
# 04 oktyabr 2012 14:55 (UTC +04:00)
Bakı– APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 25 561 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, vergi ödəyicilərinin 50,6%-i tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 10,8%-i tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 4,5%-inin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 17,2%-nin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq almadan məşğul olduğu müəyyən edilib.

Məlumatda bildirilir ki, 2 560 vergi ödəyicisi tərəfindən 4 228 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1 264 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 480 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 6 436 ədəd mal olduğu aşkarlanıb.

Aşkar olunmuş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR