Türkmənistanın Azərbaycandakı səfiri mətbuat konfransı keçirib

Türkmənistanın Azərbaycandakı səfiri mətbuat konfransı keçirib
# 29 avqust 2012 15:32 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. “Qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli bərabərhüquqlu tərəfdaşlığın dinamik inkişafı Azərbaycan və Türkmənistanın müxtəlif qarşılıqlı fəaliyyət sahələrində vahid yanaşma, baxış və mövqelərə sahib olduğunu göstərir”. APA-nın xəbərinə görə, bu sözləri Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov keçirdiyi mətbuat konfransında deyib. O, iki xalq arasında münasibətlərin qədim tarixə malik olduğunu və Böyük İpək Yolu dövrünə gedib çıxdığını söyləyib: “Bizi zəngin mənəviyyat, dözümlülük və qonaqpərvərlik, öz xalqımızın rifahına yönəlmiş yorulmaz əmək birləşdirir”.

Diplomat qeyd edib ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan və Türkmənistan siyasi, iqtisadi, humanitar və sosial sferalarda, eləcə də beynəlxalq təşkilatlarda məhsuldar əməkdaşlıq edir: “İyunun 9-da ölkələrimiz diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR