Azərbaycanın Los-Ancelesdəki baş konsulu Kaliforniyada yerləşən Çəpmən Universitetinin tələbələri ilə görüşüb

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Kaliforniyada yerləşən Çəpmən Universitetinin tələbələri ilə görüşüb
# 16 avqust 2012 07:24 (UTC +04:00)
Bakı-APA. Avqustun 15-də Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyada yerləşən Çəpmən Universitetinin tələbələri ilə görüş keçirib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Çəpmən Universitetinin və Vaşinqtonda yerləşən Amerika Universitetinin tələbələrindən ibarət nümayəndə heyəti iyun ayında Azərbaycanda səfərdə olmuşdur.

Azərbaycan Diplomatik Akademiyasının ev sahibliyi etdiyi səfər zamanı tələbələr Azərbaycanın müasir inkişafı, enerji siyasəti, regional təhlükəsizlik, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan-ABŞ münasibətləri mövzularında mühazirələr dinləmiş, Bakının tarixi memarlıq abidələri və digər görməli yerləri ilə tanış olublar.

Baş Konsul ilə keçirilən görüş zamanı tələbələr səfərdən ən xoş təəssüratlarla geri döndüklərini, Azərbaycanı sürətlə inkişaf edən, mütərəqqi, güclü etnik və dini dözümlülük ənənələrinə malik dövlət kimi tanıdıqlarını bildiriblər. Bakının füsunkar gözəlliyindən çox mütəəssir olduqlarını vurğulayan tələbələr Azərbaycan paytaxtının “Şərqin Parisi” adlandırıla biləcəyini qeyd ediblər.

Görüşdə Çəpmən Universitetinin rektoru Ceyms Doti və universitetin qlobal təhsil üzrə direktoru Ceyms Koyl da iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR