Suriya üsyançıları hökumət aviasiyasını məhv etmək üçün zenit-raket kompleksləri əldə ediblər

Suriya üsyançıları hökumət aviasiyasını məhv etmək üçün zenit-raket kompleksləri əldə ediblər
# 01 avqust 2012 04:29 (UTC +04:00)
Bakı-APA. Suriya Azad Ordusunun nümayəndəsi bildirib ki, üsyançılar hökumət aviasiyasını məhv etmək üçün zenit-raket kompleksləri əldə ediblər.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ-ın NBS telekanalı yayıb. Bildirilir ki, zenit-raket kompleksinin ilk partiyasını üsyançılar Türkiyə ərazisindən gətiriblər. Lakin silahın hansı dövlətdə istehsal olunması və hansı ölkə tərəfindən göndərilməsi məlum deyil. Ola bilsin ki, Ankaranın bu məsələyə aidiyyatı yoxdur. Son zamanlar Suriya üsyançıları bu silahla təmin olmasının vacibliyini Səudiyyə Ərəbistanı və Qətər qeyd edib. Bəzi ehtimallara görə, zenit-raket kompleksi Liviyadan göndərilib.
Üsyançılar Suriyanın Hələb şəhərində gedən döyüşlərdə hökumət qüvvələrinin hərbi təyyarə və vertolyotlarına qarşı istifadə etmək niyyətindədirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR