Azərbaycanda 1031 baş iribuynuzlu, 117 baş xırdabuynuzlu heyvanda brusellyoz xəstəliyi aşkarlanıb

Azərbaycanda 1031 baş iribuynuzlu, 117 baş xırdabuynuzlu heyvanda brusellyoz xəstəliyi aşkarlanıb
# 11 may 2012 13:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ilin 4 ayı ərzində Azərbaycanda 1031 baş iribuynuzlu, 117 baş xırdabuynuzlu heyvanda brusellyoz xəstəliyi aşkar edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, həmin dövr ərsində həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 749575 baş iribuynuzlu, 42770 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq, diaqnostik kabinet və laboratoriyalarda seroloji müayinə aparılıb. Məlumatda bildirilir ki, xəstəliyin aşkar edildiyi 1031 baş iribuynuzlu, 117 baş xırdabuynuzlu heyvanlar təlimata uyğun olaraq zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb.

Hesabat dövründə vərəmə qarşı 439502 baş iribuynuzlu, manqoya qarşı isə 56143 baş təkdırnaqlı heyvan müayinəyə cəlb edilib, lakin xəstəlik aşkar olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR