Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Məhərrəm Əli oğlu Məmmədyarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın “AzərTAc”a istinadən xəbərinə görə, M.Məmmədyarov Azərbaycanda kimya elminin inkişafında xidmətlərinə görə təltif olunub.