Azərbaycanda tikinti materiallarının istehsalı son bir ildə 15% artıb

Azərbaycanda tikinti materiallarının istehsalı son bir ildə 15% artıb
# 24 may 2012 11:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda tikinti materialları sənayesində müəssisələr tərəfindən 84,8 mln. manatlıq və ya ötən ilin analoji dövrünə nisbətən 14,9% çox məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 500,2 min ton sement, 25,3 min ton tikinti gipsi, 14,4 ton tikinti əhəngi, 254,2 min ton hörmə üçün hazır beton qarışığı, 76,7 min ton asfalt və 41,7 min kubmetr tikinti kərpici, 411,8 ton şüşə lifindən iplik və s. məhsullar istehsal edilib: «Ötən ilin ilk dörd ayı ilə müqayisədə ölkədə sement istehsalı 22,5%, asfalt istehsalı 21,2% artıb, tikinti gipsi 11,1%, tikinti əhəngi 30,4%, hörmə üçün hazır beton qarışığı 7,6%, tikinti kərpici isə 37,7% azalıb».

Qeyd edək ki, 2012-ci il mayın 1-nə müəssisələrin anbarlarında 9,4 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,3%-i qədər hazır məhsul ehtiyatı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR