Prezident İlham Əliyev İspaniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev İspaniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
# 27 noyabr 2014 12:27 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev İspaniya Krallığının yeni təyin olunmuş səfiri Rafael Mendivil Peydronun etimadnaməsini qəbul edib. APA-nın xəbərinə görə, prezident Azərbaycanla İspaniya arasında siyasi, iqtisadi və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu bildirib. Dövlət başçısı beynəlxalq tədbirlərdə İspaniyanın baş naziri ilə görüşünü və əməkdaşlığın gələcək inkişafı ilə bağlı aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb. O, İspaniya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib.


Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR