Gürcüstanın xarici işlər nazirinin müavini vəzifəsində qalmağı qərara alıb

Gürcüstanın xarici işlər nazirinin müavini vəzifəsində qalmağı qərara alıb
# 05 noyabr 2014 21:01 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə "Maestro" televiziyası məlumat yayıb. Məlumata görə, Gürcüstanda son günlər kadr dəyişiklikləri baş verən zaman Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya Kubada rəsmi səfərdə olub. D. Calaqaniya "Maestro" televiziyasına açıqlamasında deyib ki, baş nazir İrakli Qaribaşvilinin ona zəng edib və vəzifəsində qalmağını məsləhət görüb.

Xatırladaq ki, bu gün istefa verən Maya Pancikidze həm özünün və həm də müavinlərinin istefa verdiyi haqqında xüsusi brifinqdə bəyanat verib. Maya Pancikidze bildirib ki, onunla birlikdə xarici siyasət idarəsinin müavinləri David Zalkaliani, Tamar Beruçaşvili və Kubada görüşlər keçirən David Calaqaniya istefa verib.

Qeyd edək ki, Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya həmçinin Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyasına dair hökumətlərarası komissiyanın həmsədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR