Daşınmaz əmlakın icbari sığortası ilə bağlı bölgələrdə maarifləndirmə tədbirləri keçirilir

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı bölgələrdə maarifləndirmə tədbirləri keçirilir
# 17 oktyabr 2012 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) tərəfindən əhalinin «Daşınmaz əmlakın icbari sığortası» növü üzrə maarifləndirilməsi məqsədi ilə Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, Quba, Xaçmaz və Şabran rayonlarında tədbirlər keçirilib.

Xidmətdən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı DSNX-nin nümayəndələri 5 günlük həmin rayonlara ezam edilib.

Qeyd olunan şəhər və rayonlarda müxtəlif təşkilatların, həmçinin əhalinin ayrı-ayrı sosial təbəqələrdən olan nümayəndələri ilə keçirilən maarifləndirmə tədbirlərində daşınmaz əmlakın icbari sığortasının mahiyyəti və əhəmiyyəti barədə ətraflı məruzələr edilib.

DSNX-dən bildirilib ki, belə tədbirlərin ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR