Gimnastlarımız gümüş medal qazanıb

Gimnastlarımız gümüş medal qazanıb
# 19 oktyabr 2023 12:49 (UTC +04:00)

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması növbəti uğuruna imza atıb.

Apasport.az xəbər verir ki, idmançılarımız 31-ci Avropa çempionatında fərqləniblər.

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu Bolqarıstanda təşkil olunan qitə çempionatında uğurla çıxış edib. Onlar gənclərin yarışında temp hərəkətləri proqramında gümüş medal qazanıb.

Qeyd edək ki, çempionat Varna şəhərində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR