Pekin-Paris rallisinin ən yaşlı avtomobili Bakıdan Gürcüstana yürüş zamanı yanıb - FOTO

Pekin-Paris rallisinin ən yaşlı avtomobili Bakıdan Gürcüstana yürüş zamanı yanıb - FOTO
# 10 iyun 2024 13:57 (UTC +04:00)

“Pekin-Paris” avto rallisinin ən yaşlı avtomobili – 1914-cü il istehsalı olan American LaFrance Type 10 marşrut üzrə yürüş zamanı yanıb.

APA xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasından verilən məlumata görə, bu gün səhər Bakıdan Gürcüstana istiqamət alan avtomobil paytaxt çıxışında texniki səbəblərdən alovlanıb.

Avtomobilin sahibi layihə rəhbəri, Hero-Ero klubunun başçısı Tomas de Varqas Maçukadır (Thomas de Vargas Machuca).

“Pekin-Paris” avto rallisinin iştirakçısı olan digər unikal retro avtomobillər isə hazırda Şamaxıdadır. Yürüşə davam edən avtomobillər Şamaxı rayonunun Meysəri kəndində nümayiş etdirilir. Q

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə ölkəmiz ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından birinin iştirakçılarını qəbul edir. Avtomobillər Şamaxıdan sonra Gürcüstana keçməklə marşruta davam edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR