Bank Of Baku

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb
# 25 avqust 2025 00:56 (UTC +04:00)

29 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikov avqustun 24-də qitələrarası üzgüçülük yarışında Bosfor boğazını keçərkən yoxa çıxıb.

APA xəbər verir ki, üç min iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs o olub.

Hər il keçirilən üzgüçülük müsabiqəsi Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunur və 37-ci dəfədir ki, 81 ölkədən üzgüçüləri bir araya gətirir.

Sveçnikov üzgüçülük üzrə idman ustası, üzgüçülük məktəbinin əsasını qoyan moskvalıdır.

O, avqustun 23-də İstanbula gəlib. İstanbul polisi Sveçnikovun tapılması üçün axtarış-xilasetmə işlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR