Bank Of Baku

Vardan Oskanyan: “Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu referendumun keçirilməsidir”

Vardan Oskanyan: “Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu referendumun keçirilməsidir”
# 25 dekabr 2006 14:10 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu referendumun keçirilməsidir”. APA-nın xəbərinə görə, bu barədə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan aşıqlama verib. Azərbaycanın Dağlıq Qarabağa muxtariyyət statusu verməyə hazır olması barədə Azərbaycan prezidentinin bəyanatına münasibət bildirən V. Oskanyan deyib ki, Bakı yanlış yoldadır: “Hazırda danışıqlar elə incə mərhələdədir ki, istənilən bu tipli bəyanat mənfi nəticələrə və bütün prosesin iflasa uğramasına səbəb ola bilər”. Erməni nazirin sözlərinə görə, Azərbaycan ümumiyyətlə, ərazi bütövlüyü haqqında bəyanatlar verməkdən vaz keçməlidir. Onun fikrincə, hazırda ərazi bütövlüyü prinsipi və millətlərin öz müqəddəratını təyinetmə hüququ arasındakı ziddiyyəti aradan qaldırmağın yeganə yolu Dağlıq Qarabağ xalqına problemi referendum yolu ilə həll etmək imkanı verilməsidir. V. Oskanyanın sözlərinə görə, əgər sual DQ-nin Azərbaycanın tərkibində qalması, Ermənistana birləşməsi və ya müstəqil olması şəklində qoyulsa, məsələnin həlli çox çətin olacaq. Ona görə ki, həm Azərbaycan, həm də erməni tərəfi könüllü olaraq Qarabağdan imtina etmək niyyətində deyil: “Çıxış yolu millətlərin öz müqəddəratını təyinetmə hüququnun tətbiqi və referendumun keçirilməsidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR