Bank Of Baku

AKP millət vəkili Turan Çöməz: “Fevralın 26-da Xocalıya gedib erməni vəhşiliyini lənətləyəcəyəm”

AKP millət vəkili Turan Çöməz: “Fevralın 26-da Xocalıya gedib erməni vəhşiliyini lənətləyəcəyəm”
# 17 yanvar 2007 09:04 (UTC +04:00)
O, qurulması planlaşdırılan müstəqil Kürdüstanın təməlinin hələ I Körfəz müharibəsindən sonra 36-cı paralelin şimalında təhlükəsizlik bölgəsi yaradılan zaman atıldığını deyib. “11 sentyabr hadisələrindən sonra ABŞ “diktatura qalası” olduğunu bəhanə edərək İraqı işğal etdi. Koalisiya qüvvələrinin İraqı işğal etməsindən sonra 650 min müsəlman ölüb, 4 milyon iraqlı qaçqın vəziyyətinə düşüb. ABŞ bölgəyə demokratiya və rifah gətirəcəyini vəd etsə də, təəssüf ki, regionda qan, göz yaşı və xaos hakim oldu. Səddamın asılmasından sonra İraqda yeni dövr başlayıb: mən yeni neft qanunu və Kərkükdə keçirilməsi planlaşdırılan referendumu sərvət bölüşdürülməsi kimi dəyərləndirirəm”. Turan Çöməz işğaldan sonra Kərkükün məqsədli şəkildə kürdləşdirilməsi siyasətinin aparıldığını deyib. “İşğaldan sonra Kərkükdə mülkiyyət idarələri, vətəndaşlıq şöbələri yandırıldı, sənədlərin əksəriyyəti yox edildi. İraqın müxtəlif bölgələrindən kürdlər Kərkükdə yerləşdirildi. Müharibə başlayandan qısa müddət sonra Kərkükə gedəndə şəhərin ətrafındakı düşərgələrə kürdlərin yerləşdirildiyini və onların təhlükəsizliyinin təmin edildiyini görmüşdüm. Hal-hazırda Kərkükdə 600 min kürd yaşayır. Bu, zorla həyata keçirilən demoqrafik dəyişikliklərdən sonra keçiriləcək referendumun nəticəsi indidən məlumdur. Bizim belə bir referendumu antidemokratik və qeyri-şəffaf prosesi qəbul etməyimiz mümkün deyil”. Turan Çöməz azərbaycanlıların Kərkükdəki proseslərə biganə yanaşmasından narahatlığını dilə gətirib: “Mənim azərbaycanlı qardaşlarıma bir mesajım var. Biz tariximizi çox da yaxşı bilmirik. İslamiyyət yarandıqdan qısa müddət sonra müsəlmanlığı yayan insanlar ilk növbədə Azərbaycan coğrafiyasına üz tutdular. Azərbaycan və Özbəkistanda türklərin qəhrəmanlığını görərək Bağdada Azərbaycan mənşəli türkləri köçürdülər. Bağdad, Kərkük, Mosula gələn Azərbaycan türkləri o qədər sevgi və simpatiya qazandı ki, daha sonra bölgədəki bütün dövlətlər Azərbaycan türklərinə qucaq açdılar. Səkkizinci əsrdə başlayan bu köç uzun illər davam edib. Yəni, Anadolunun türkləşməsindən iki əsr əvvəl Mosul, Kərkük, Ərbil, Tuzhurmatı, Kifri, Qaratəpə, Altınkörpü türk əhalisindən ibarət əyalətlər idi. Biz həqiqətləri görməli və dəyərləndirməliyik. Kərkükdə, İraqda, Türkmənelində yaşayan bütün türkmənlərin mənşəyinin Azərbaycan türkləri olduğunu heç zaman unutmamalıyıq. Türkiyə Böyük Millət Məclisi bölgədə cərəyan edən hadisələrə son dərəcə həssaslıqla yanaşır və bölgədə heş bir neqativ prosesin yaşanmasına yol verməyəcəyik”. Cəlal Təlabani və Məsud Bərzaninin Türkiyəni İraqın daxili işlərin qarışmasında suçlamalarına münasibət bildirən Turan Çöməz kürdlərin tarix boyu heç zaman böyük dövlət qura bilmədiklərini vurğulayıb. “Tarixdən gələn güclü dövlət ənənəsi olmayan bir toplumun bu gün belə bir iddiaya düşməsi məntiqə ziddir. Başqalarının müvəqqəti dəstəyi ilə nərə çəkən bəzi dairələr arzularına çata bilməyəcəklər. Mən azərbaycanlı qardaşlarımı əmin edirəm, Türkiyənin icazəsi və dəstəyi olmadan heç bir struktur Orta Şərqdə gələcəyə doğru addımlaya bilməz. “Kürdüstan” yaradılsa belə, Türkiyənin icazəsi olmadan yaşaya bilməyəcək. Adını çəkdiyiniz şəxslər bu şəkildə danışmağa davam etsinlər. Sabah ABŞ bu bölgədən ayrılanda danışdıqları sözlərin altında qalacaqlar”. Turan Çöməz Azərbaycanın problemlərinin daim Türkiyənin diqqət mərkəzində olduğunu deyib. O, fevralın 26-da Xocalıya getmək istədiyini, ermənilərin törətdiyi cinayəti gözləri ilə görmək istədiyini vurğulayıb. “Bunu xüsusi qeyd etmək istəyirəm. Parlamentdəki dostlarımla məsləhətləşdikdən sonra fevralın 26-da ermənilərin törətdikləri cinayətləri görmək və erməni vəhşiliyini lənətləmək üçün Xocalıya getməyi planlaşdırıram. Allah qoysa, əvvəlcə Xocalıya gedib ermənilərin vəhşiliyini lənətləyəcək, sonra isə Bakıya gedib qardaşlarımızla qucaqlaşacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR