Bank Of Baku

Almaniyanın xarici işlər naziri: “ATƏT postsovet ölkələrində “dondurulmuş” münaqişələrin qalması ilə barışmamalıdır”

Almaniyanın xarici işlər naziri: “ATƏT postsovet ölkələrində “dondurulmuş” münaqişələrin qalması ilə barışmamalıdır”
# 18 yanvar 2007 13:25 (UTC +04:00)
Bu sözləri Almaniyanın xarici işlər naziri Frank-Volter Ştanmayer ATƏT-in Daimi Şurasının iclasındakı çıxışında deyib. ATƏT-in Vyanadakı ofisindən APA-ya verilən məlumata görə, yanvarın 1-dən Avropa İttifaqına sədrlik edən alman nazir Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayıb: “Biz tərəfləri problemin həllində ATƏT-in vasitəçiliyindən yararlanmağa çağırırıq. Avropa İttifaqı konstruktiv dialoqa hazır olan ölkələrə kömək etməyə hazırdır”. F. V. Ştanmayer bildirib ki, ATƏT və Avropa İttifaqı Kosovo, Mərkəzi Asiya kimi mürəkkəb regionlarda birgə çalışmalıdır. Onun sözlərinə görə, Aİ demokratiya, insan hüquqları, iqtisadi inkişaf və ekoloji məsələlərlə bağlı ATƏT-in təcrübəsinə söykənəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR