Bank Of Baku

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri Bakıdan başlayacaq

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri Bakıdan başlayacaq
# 19 yanvar 2007 12:58 (UTC +04:00)
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, həmsədrlər yanvarın 24-də Bakıda, yanvarın 25-də isə İrəvanda danışıqlar aparacaqlar. Səfər çərçivəsində həmsədrlərin hər iki ölkənin prezidentləri ilə görüşləri gözlənilir. Vasitəçilərin regiona səfərində məqsəd Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni görüş keçirmək təklifi etməkdir. Həmsədrlərin işğal olunmuş Azərbaycan torpaqlarına səfəri isə hava şəraitindən asılı olacaq.
Qeyd edək ki, regiona gəlməmişdən həmsədrlər yanvarın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər.
Onu da xatırladaq ki, İlham Əliyevlə Robert Köçəryan son dəfə keçən il noyabrın 28-də Minkdə MDB sammiti çərçivəsində görüşüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR