Bank Of Baku

ATƏT-in Minsk Qrupunun həmsədrləri separatçı Dağlıq Qarabağ rejiminin başçısı Arkadi Qukasyanla görüşü konstruktiv hesab edir

ATƏT-in Minsk Qrupunun həmsədrləri separatçı Dağlıq Qarabağ rejiminin başçısı Arkadi Qukasyanla görüşü konstruktiv hesab edir
# 25 yanvar 2007 16:34 (UTC +04:00)
APA-nın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, bu fikirləri ATƏT-n Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov söyləyib. Onun sözlərinə görə, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və perspektivləri məsələləri müzakirə olunub. “Görüş çox məzmunlu və dolğun keçdi. Hesab edirəm ki, həm bizim, həm də Qarabağ tərəfinin xeyrinə oldu. Biz fikir mübadiləsi apardıq və bir çox məsələlərdə ortaq məxrəcə gəlməyə çalışdıq. Artıq ortaq fikir var, lakin bunun detallarını açıqlaya bilmərəm”. Görüşdən sonra açıqlama verən amerikalı həmsədr Metyu Brayza da Arkadi Qukasyanla danışıqların konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçdiyini deyib. O, dünyada heç bir münaqişənin bir-birinə bənzəmədiyini, buna görə də problemin həllinə universal yanaşmanın vacib olduğunu deyib. Metyu Brayza münaqişənin həllinə dair mövqeyinin digər həmsədrlərlə eyni olduğunu xüsusi vurğulayıb. Fransalı həmsədr Bernar Fasye isə Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin mümkünlüyünü bəyan edib. “Bu münaqişəni hərb yolu ilə həll etmək olmaz, müharibədən danışmaq əvəzinə sülhə hazır olmaq lazımdır. Biz münaqişə tərəflərini problemin sülh yolu ilə nizamlanmasına razı salmağa çalışırıq. Ümumilikdə, Avropa İttifaqı bu kimi problemlərin həllində başqa vasitələr, məsələn, qonşuluq siyasəti kimi vasitə tətbiq etmək imkanına malikdir. Lakin Avropa İttifaqı danışıqlar prosesində iştirak etmir”. Separatçı “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Arkadi Qukasyan həmsədrlərin konstruktiv məcrada fəaliyyət göstərməyə çalışdığını, lakin heç də hər şeyin həmsədrlərdən asılı olmadığını deyib. “İndiki situasiyada həmsədrlər öz mövqelərini Azərbaycanın mövqeyi ilə razılaşdırmalıdırlar. Amma Azərbaycanın mövqeyi əvvəlki kimi destruktivdir. Bir çox səbəbdən çoxdandır ki, həmsədrlərlə görüşmürdüm, ona görə də bir-birimizə deməyə çox sözümüz vardı. Həmsədrlər bildirir ki, Azərbaycan indi daha konstruktiv işləməyə başlayıb, lakin biz bunu hiss etmirik. İstənilən halda əsas məsələlərlə bağlı hələ çox iş görmək lazımdır”. Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasye, Metyu Brayza və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün İrəvandan Xankəndinə gəliblər. Arkadi Qukasyanla görüş başa çatdıqdan sonra həmsədrlər yenidən İrəvana qayıdıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR