Bank Of Baku

Qaradağlı kəndi işğal olunan gün ermənilər 64 azərbaycanlını güllələyib

Qaradağlı kəndi işğal olunan gün ermənilər 64 azərbaycanlını güllələyib
# 15 fevral 2007 13:44 (UTC +04:00)
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Qaradağlı faciəsinin 15 illiyi ilə əlaqədar dəyirmi masa keçirib. APA-nın məlumatına görə, birliyin sədri Esmira Orucova 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində erməni hərbi birləşmələri tərəfindən törədilən vəhşiliklər haqda məlumat verib: “Rusiyanın 366-cı motoatıcı alayının yardımı ilə ermənilər fevralın 17-də işğal edilən kənd sakinlərindən 90 nəfərini öldürüb, 9-nu əsir götürüb, 6-sı isə itkin düşüb”. Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov Qarabağ müharibəsi zamanı 4672 azərbaycanlının taleyi haqda heç bir məlumata malik olmadıqlarını deyib. O, beynəlxalq təşkilatları ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə hüquqi qiymət verməməkdə də ittiham edib: “2002-2003-cü illərə qədər beynəlxalq təşkilatlar Azərbaycanın kompromisə gedəcəyinə ümid edirdilər. Azərbaycanın dövlət başçısı artıq ermənilərin və beynəlxalq təşkilatların bu ümidlərini puç edib”. Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Niyazi Cahangirov Qaradağlının işğalı günü kəndin telefonçusunun qışqırtısının qulaqlarında hələ də qaldığını xatırladıb: “Kəndin işğal edildiyi gün ermənilər əsir götürdükləri azərbaycanlılardan 64-nü güllələdilər”. Erməni əsirliyində olmuş Qaradağlı sakini İlqar Hüseynov isə ermənilərin öldürülən azərbaycanlıların başını kəsib torbaya yığdıqlarının şahidi olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR