Bank Of Baku

Dubayda Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunan tədbir keçiriləcək

Dubayda Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunan tədbir keçiriləcək
# 20 fevral 2007 08:59 (UTC +04:00)
Fevralın 24-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunan tədbir keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, BƏƏ-dəki “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun təşkilatçılığı ilə planlaşdırılan tədbirə 150 nəfərdən çox qonaq dəvət olunub. Mərasimdə ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən bəhs edən foto-sərgi nümayiş olunacaq və soyqırımla bağlı qonaqlara geniş məlumatlar veriləcək. Faciəyə aid informasiyaların və fotoların bu ölkənin mətbuat orqanlarında dərc edilməsi üçün tədbirə ərəb və ingilis dillərində nəşr olunan KİV-lərin nümayəndələri, o cümlədən böyük nüfuza malik “Albayan” və “Gulf News” qəzetlərinin əməkdaşları da dəvət alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR