Bank Of Baku

Seçki Məcəlləsinə həsr olunmuş dəyirmi masa keçirilib

Seçki Məcəlləsinə həsr olunmuş dəyirmi masa keçirilib
# 21 fevral 2007 15:06 (UTC +04:00)
ABŞ-ın Seçki Sistemləri Fondu (İFES) seçki qanunvericiliyinə həsr olunmuş dəyirmi masa keçirib. APA-nın xəbərinə görə, dəyirmi masada YAP və müxalifət partiyalarının təmsilçiləri, həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi, ATƏT-in Bakı ofisinin rəhbəri Luis Ansola Herrero və Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Denis Bribosia iştirak ediblər. Dəyirmi masada Seçki Məcəlləsi və seçki komissiyalarının tərkibi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə iştirak etməyən Demokratik İslahatlar Partiyasının (DİP) lideri Asim Mollazadə ilə ayrıca görüş keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR