Bank Of Baku

Azər-Çex Cəmiyyəti Xocalı faciəsinin 15-ci ildönümü münasibəti ilə Çexiyada silsilə tədbirlər keçirəcək

Azər-Çex Cəmiyyəti Xocalı faciəsinin 15-ci ildönümü münasibəti ilə Çexiyada silsilə tədbirlər keçirəcək
# 22 fevral 2007 09:52 (UTC +04:00)
Azər-Çex Cəmiyyəti fevralın 25-dən başlayaraq Xocalı faciəsinin 15-ci ildönümü münasibəti ilə “Xocalını anma mərasimi” adlı tədbirlər keçirəcək. Bu barədə APA-ya cəmiyyətin mətbuat xidmətindən məlumat daxil olub. Tədbirlər Xocalı ilə oxşar tarixə malik Çexiyanın Lidiçe qəsəbəsində keçiriləcək. Məqsəd çex xalqına və siyasətçilərinə Xocalı faciəsi ilə bağlı məlumatlar çatdırmaqdır. Tədbirlər Azər-Çex cəmiyyətinin sədri Elşən Nəzərovla Lidiçe Xatirə Kompleksinin rəhbərliyi arasında imzalanmış sazişə uyğun olaraq keçiriləcək. Tədbirlərdə fotosərgilər, elmi seminarlar, sənədli film nümayişi, diskussiyalar təşkil olunacaq, faciənin canlı şahidlərinin çıxışları dinləniləcək, Xocalı haqqında kitablar, bukletlər və SD-lər paylanacaq. Tədbirlərdə həmçinin, Xocalı və Lidiçe şəhidlərinin ruhlarına ehtiram olaraq 613 şam yandırılacaq. Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, millət vəkili Jalə Əliyeva, xanəndələr Mələkxanım Əyyubova və Ağaxan Abdullayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycanın Vyanadakı səfiri Fuad İsmayılov, Çexiyanın Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri toplantılarda iştirak edəcəklər. Tədbirlər silsiləsi fevralın 27-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR