Bank Of Baku

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Xocalı soyqırımı ilə bağlı məlumatları bütün İnternet provayderlərə təqdim edib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Xocalı soyqırımı ilə bağlı məlumatları bütün İnternet provayderlərə təqdim edib
# 23 fevral 2007 10:28 (UTC +04:00)
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, bu faciə zamanı ermənilər 613 nəfəri vəhşicəsinə öldürüblər. Onların 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 1275 nəfər dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb. İ.Məmmədov bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan hökuməti və Milli Məclisin birgə qərarı ilə Xocalı faciəsi soyqırım adlandırılıb. Bu il soyqırımın ildönümünü daha yüksək səviyyədə qeyd edilməsi üçün Prezident Aparatında tədbirlər planı hazırlanıb. Bu plana uyğun olaraq artıq RİTN tədbirlər keçirməyə başlayıb. Nazir müavini bildirib ki, dünya ictimaiyyətinə çatdırılması məqsədilə onlar Xocalı soyqırımı ilə bağlı məlumatları və tarixi faktları respublikada fəaliyyət göstərən bütün İnternet provayderlərə təqdim ediblər.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə Qarabağ döyüşlərində iştirak edən rabitəçilərlə bağlı hazırladıqları “Rabitəçilər Qarabağ savaşında” adlı kitab barəsində məlumat verib. O bildirib ki, bu nəşrdə döyüşlərdə iştirak edən 500-dən çox rabitəçi, 50 şəhid rabitəçi barədə məlumatlar öz əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR