Bank Of Baku

Ramil Səfərovun atası Sahib Səfərov: “Məhkəmə prosesinin bu cür nəticələnəcəyinə əvvəldən əmin idim”

Ramil Səfərovun atası Sahib Səfərov: “Məhkəmə prosesinin bu cür nəticələnəcəyinə əvvəldən əmin idim”
# 23 fevral 2007 10:49 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun Hüquqlarının Müdafiəsi üzrə Koordinasiya Şurasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən şuranın üzvü Azay Quliyev bildirib ki, Budapeşt Apellyasiya Məhkəməsinin R. Səfərov barəsində ömürlük həbs-qətimkan tədbirinin seçilməsinə dair birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlaması gözlənilən idi: “Sadəcə, Apellyasiya Məhkəməsinə müəyyən arqumentlərin təqdim olunması qərara müəyyən dəyişikliklərin ediləcəyi ümidini yaradırdı. Bu dəfə də məhkəmə qərəzli mövqe tutdu. Məhkəmə tibbi ekspertlərin rəylərini nəzərə almayıb, vəkillərin vəsatətlərinin heç biri təmin olunmayıb”. A. Quliyevin sözlərinə görə, Koordinasiya Şurası Budapeşt Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı Macarıstanın Ali Məhkəməsinə müraciət edəcək. Nəticə olmasa, İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət olunacaq. R. Səfərovun atası Sahib Səfərov isə proseslərin bu cür nəticələnəcəyinə qabaqcadan əmin olduğunu deyib: “Biz həmişə iş görməmiş qışqır-bağır salırıq. Azərbaycanda səslənən arqumentlərdən isə ermənilər özlərinin təbliğatı üçün istifadə etdilər. Vaxtilə macar jurnalistlərini Azərbaycana gətirdilər, amma onları Ramil Səfərovun ailəsi ilə görüşdürmədilər. Azərbaycan tərəfi ciddi iş görmədiyindən nəticə də belə olmalı idi. Müdafiə Nazirliyi bir dəfə də olsun vəkilləri çağıraraq proseslə maraqlanmayıb. Təkcə, Budapeştə yola düşməmişdən bir gün öncə vəkillərə maddi yardım ediblər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR