Bank Of Baku

Raffi Ovannisyan: “Türkiyə ilə normal münasibətləri bərpa etmədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”

Raffi Ovannisyan: “Türkiyə ilə normal münasibətləri bərpa etmədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”
# 23 fevral 2007 12:25 (UTC +04:00)
Türkiyə ilə normal münasibətləri bərpa etmədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil. APA-nın məlumatına görə, bu fikirlər Ermənistanın sabiq xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Ovannisyana məxsusdur. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması sinxron xarakter daşıyan məsələlərdir. “Türkiyə və Azərbaycan son dərəcə sıx əlaqələrə malikdir, bu baxımdan Türkiyənin rəsmi Bakının mövqeyinə təsiri istisna olunur. Ümidvaram ki, Türkiyə ilə Ermənistan arasında əlaqələr bərpa olunacaq. Ermənistanı blokadada saxlamaq Türkiyənin marağına cavab vermir, çünki Ankara Avropa Birliyinə qonşu dövlətlərlə problemlərin yükləndiyi çamadan ilə getmək istəməz. Qonşuları ilə problemləri həll etmədən Türkiyə Avropa Birliyinə üzv qəbul oluna bilməyəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR