Bank Of Baku

Azərbaycan Mətbuat Şurası Xocalı soyqırımı ilə bağlı Milli Məclisə müraciət edib

Azərbaycan Mətbuat Şurası Xocalı soyqırımı ilə bağlı Milli Məclisə müraciət edib
# 23 fevral 2007 13:35 (UTC +04:00)
APA-nın məlumatına görə, MŞ sədri Əflatun Amaşov Azərbaycan mətbuatında Xocalı soyqırımının işıqlandırılması ilə bağlı müzakirələrin vacib olduğunu bildirib. Ə. Amaşov Azərbaycan jurnalistlərinin də faciənin Xocalı soyqırımı kimi tanınması üçün Milli Məclisə müraciət etməsini təklif edib.
“Azərbaycan” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqov isə mövzu ilə bağlı çıxışında bu məsələdə mətbuatın tərəflərə parçalanmasını yolverilməz adlandırıb: “Bəzi müxalifət qəzetləri Xocalı soyqırımı ilə bağlı olduqca az materiallar dərc edir. Təəssüf ki, hələ də qeyri-vətəndaş mövqeyində olan insanlar var”.
B. Sadıqov mətbuatın diaspora ilə sız işləməsinin də vacibliyini vurğulayıb.
APA-nın baş direktoru Vüsalə Mahirqızı Azərbaycan mətbuatını bu məsələyə həssaslıqla yanaşmağa çağırıb. Baş direktor xüsusi ilə Azərbaycan ordusu ilə bağlı mətbuatda yer alan informasiyalara diqqətlə yanaşılmamasından təəssüfləndiyini bildirib: “Ermənistan mətbuatı Azərbaycana qarşı istifadə etdiyi faktların əksəriyyətində mənbə kimi Azərbaycan mətbuatını göstərir”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə KİV-lərin internet səhifələrində genosidlə bağlı xüsusi link yerləşdirmələrini, Xocalı soyqırımının ildönümü günündə bütün yazılı mətbuatın eyni manşetlə nəşr olunmasını və mətbuat rəhbərlərinin Xocalı abidəsini ziyarət etmələrini təklif edib.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xocalı soyqırımının dünyaya çatdırılması ilə bağlı Azərbaycan mətbuatının vahid mövqedən çıxış etməsini vacib sayıb. Baş redaktor ümummilli məsələdə hər kəsin vətəndaş mövqeyi nümayiş etdirməsinin zəruri olduğunu deyib.
Tədbirin sonunda Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Milli Məclisə müraciət ünvanlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR