Bank Of Baku

İngilis dilində nəşr olunan “Xocalı ölməyib” kitabının təqdimatı keçirilib

İngilis dilində nəşr olunan “Xocalı ölməyib” kitabının təqdimatı keçirilib
# 23 fevral 2007 13:36 (UTC +04:00)
İngilis dilində nəşr olunan “Xocalı ölməyib” adlı kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın müəllifi Səriyyə Müslümqızı kitabda diqqəti Xocalı faciəsinin miqyasına yönəltdiyini deyib. O, kitabda əlləri azərbaycanlı qadın və uşaqların qanına batan Rusiyaya məxsus 366-cı alayın komandir heyətinin siyahısının dərc olunduğunu da bildirib: “Dünya bu insanları tanımalıdır və həmin şəxslər də nə zamansa mühakimə olunacaqlarını hiss etməlidirlər”. Yazıçı-publisist Mehriban Vəzir bu səpkili kitabların xarici dillərdə nəşrinin vacibliyini vurğulayıb. Azərbaycan Yolu Siyasi Hərəkatının sədr müavini Şəmsəddin Əliyev isə ATƏT-in Minsk Qrupunun həmsədrlərini ermənilərin cinayətlərini ört-basdır etməyə cəhd göstərməkdə suçlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR