Bank Of Baku

YAP Xocalı faciəsinin soyqırım kimi tanınması üçün beynəlxalq təşkilatlara müraciət edib

YAP Xocalı faciəsinin soyqırım kimi tanınması üçün beynəlxalq təşkilatlara müraciət edib
# 23 fevral 2007 14:07 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı BMT-nin baş katibi Ban Gi Mun, ATƏT-in fəaliyyətdə olan sədri Migel Anhel Moratinos, Avropa Şurasının baş katibi Terri Devis və Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Lindenə məktub ünvanlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya bildiriblər ki, məktubda Ermənistanın Azərbaycana qarşı təcavüzü, müxtəlif dövrlərdə törədilmiş qanlı cinayətlər, kütləvi qırğınlar haqqında məlumat verilib və ermənilərin soyqırım siyasətinin tərkib hissəsi kimi Xocalı faciəsinin baş verdiyi qeyd olunub. YAP terrorçuluğu və millətçilik ideologiyasını dövlət siyasəti səviyyəsinə qaldırmış işğalçı Ermənistanın təcavüzkar siyasətinə birmənalı münasibət bildirilməsi və dünya ölkələri tərəfindən Xocalı hadisələrinin soyqırım kimi qiymətləndirilməsini tələb edib: “Beynəlxalq ictimaiyyətin bu hadisələrə vaxtında hüquqi və siyasi qiymət verməməsi təcavüzkarı daha da həvəsləndirib, nəticədə Ermənistan Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın bütövlükdə 17 min kv. km ərazisini (ərazisinin 20 faizini) işğal edib, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpaqlarından qovulub”. YAP hesab edir ki, beynəlxalq təşkilatlar və dünya birliyi təcavüzkar Ermənistanı dayandırmalı və bu gün də davam edən erməni işğalına son qoymalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR