Bank Of Baku

Dövlət İncəsənət Muzeyində Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı sərginin açılışı olub

Dövlət İncəsənət Muzeyində Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı sərginin açılışı olub
# 23 fevral 2007 14:46 (UTC +04:00)
Azərbaycan Dövlət İncəsənət Muzeyində Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı sərginin açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin muzey işi sektorunun müdiri Azadə Hüseynova Xocalı hadisələrinin yalnız Azərbaycan türklərinə qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş və heç bir çərçivəyə sığmayan vəhşilik aktı olduğunu vurğulayıb: “Xocalı faciəsi ermənilər tərəfindən başımıza gətirilən ən dəhşətli hadisələrdən biridir. Fevralın 25-dən 26-na keçən gecə vəhşicəsinə 613 nəfər öldürülüb, 1271 nəfər əsir götürülüb. Düşmənlərimiz körpə uşaqların, yaşlıların göz yaşlarına baxmayıb. Həmin gün soydaşlarımız görünməyən və bəşəriyyətə məlum olmayan vəhşiliklə qətlə yetiriliblər”. Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov sərgidə ölkəmizin tanınmış rəssamları ilə yanaşı, gənc fırça ustalarının da bu mövzuya həsr edilmiş 20-dən artıq boyakarlıq, qrafika və heykəltəraşlıq nümunələrinin nümayiş etdirildiyini qeyd edib. O, fevralın 26-da Çexiyada Azərbaycan rəssamlarının Xocalıdan bəhs edən əsərlərindən ibarət sərginin açılacağını bildirib. İnsan haqları üzrə müvəkkil Elmira Süleymanova Xocalı soyqırımının dünyaya yayılmasının vacibliyini qeyd edib: “Bu faciə bütün dünya ictimaiyyətinə çatdırılmalıdır. Hər bir ölkə vətəndaşı ermənilərin törətdiyi vəhşilikləri görməli və bunu soyqırım kimi tanımalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR