Bank Of Baku

Daxili İşlər Nazirliyində Xocalıda şəhid olan polislərin ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib

Daxili İşlər Nazirliyində Xocalıda şəhid olan polislərin ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib
# 23 fevral 2007 16:03 (UTC +04:00)
Bu gün Daxili İşlər Nazirliyində (DİN) Xocalı faciəsinin 15-ci ildönümü münasibətilə Xocalının şəhid polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Ramil Usubov mərasimdə çıxış edərək faciənin baş verdiyi vaxt ölkəyə rəhbərlik edən şəxsləri səriştəsizlikdə ittiham edib. Onun sözlərinə görə, ölkədə idarəçiliyin zəif olması Dağlıq Qarabağda ermənilərin separatçılıq fəaliyyətinin genişlənməsinə gətirib çıxarıb. Nazir faciə günlərini xatırlayaraq Xocalı şəhər Polis Şöbəsi əməkdaşlarının düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmanlıq göstərdiyini, onlardan 28-nin şəhid olduğunu bildirib. Tədbirin sonunda şəhid polislərin ailələrinə maddi yardım edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR