Bank Of Baku

Xocalı faciəsinin ildönümü Avropada ilk dəfə olaraq rəsmi şəkildə qeyd olunub

Xocalı faciəsinin ildönümü Avropada ilk dəfə olaraq rəsmi şəkildə qeyd olunub
# 26 fevral 2007 17:06 (UTC +04:00)
Xocalı faciəsinin ildönümü Avropada ilk dəfə olaraq rəsmi şəkildə dövlət qurumları ilə birgə qeyd olunub. Çexiyada fəaliyyət göstərən Azər-Çex Cəmiyyətindən APA-ya verilən məlumata görə, cəmiyyətin təşəbbüsü ilə İkinci Dünya Müharibəsinin dəhşətlərini özündə əks etdirən, taleyi ilə Xocalını xatırladan Çexiyanın Lidice şəhərinin rəhbərliyi arasında əldə olunmuş razılığa əsasən fevralın 25-də Praqanın mərkəzi meydanlarından olan Vatslav meydanında info-çadır qurulub, Xocalı faciəsini özündə əks etdirən fotoşəkillər, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” kitabçaları, çex dilində broşürlər, kitab və CD-lər paylanıb. Çadıra yaxınlaşan hər bir çex vətəndaşına faciə haqqında məlumat verilib, onlar materiallarla təmin olunublar. Qeyd edək ki, Çexiyanın bir neçə televiziya kanalı info-çadır aksiyasını işıqlandırıblar. Tədbir axşam saatlarına qədər davam edib, sonda hər bir şəhidin xatirəsinə bir şam yandırılıb.
Qeyd edək ki, Lidice kompleksi Çexiya Mədəniyyət Nazirliyinin nəzdindədir, Lidice qəsəbəsi hər bir çex üçün müqəddəs ziyarətgah sayılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR