Bank Of Baku

Polşanın xarici işlər naziri Anna Fotıqa: “Polşa Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır”

Polşanın xarici işlər naziri Anna Fotıqa: “Polşa Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır”
# 28 fevral 2007 11:40 (UTC +04:00)
“Polşa Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır”. APA-nın məlumatına görə, bu fikirləri “Panarmenian” agentliyinə müsahibəsində Polşanın xarici işlər naziri Anna Fotıqa söyləyib. XİN başçısı Polşanın münaqişə tərəfləri ilə sıx əlaqələrə malik olduğunu deyib: “Biz münaqişənin nizamlanmasına dair danışıqlar prosesində iştirak etməyə hazırıq. Polşa üçün “dondurulmuş münaqişələr”in həllində konstruktiv faktor rolunu oynamaq vacibdir. Lakin biz problemin nizamlanması prosesinə yalnız münaqişə tərəflərinin xahişi əsasında qoşula bilərik. Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində tezliklə həlli Cənubi Qafqazda stabillik və təhlükəsizliyə təminat verəcək. Bu da Polşanın maraqlarına cavab verən amildir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR