Bank Of Baku

Möhsün Yazıçıoğlu: “Qrant Dinkin ölümünə verilən reaksiya Xocalı ilə bağlı verilmədi”

Möhsün Yazıçıoğlu: “Qrant Dinkin ölümünə verilən reaksiya Xocalı ilə bağlı verilmədi”
# 28 fevral 2007 12:12 (UTC +04:00)
Türkiyə Böyük Birlik Partiyası (BBP) Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı müzakirələr təşkil edib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, toplantıda çıxış edən BBP lideri Möhsün Yazıçıoğlu milliyyətcə erməni olan türkiyəli jurnalist Qrant Dinkin ölümünə göstərilən reaksiyanın Xocalı ilə bağlı göstərilmədiyini bildirib: “Bir adam öldü və bütün dünya ayağa qalxdı. Bizdə bəzi insanlar küçələrə çıxdılar və erməni olduqlarını elan etməyə ehtiyac duydular. Amma Xocalıda 15 il əvvəl baş vermiş qətliamdan digərləri bir tərəfə qalsın, heç türklərin də xəbəri yoxdur”. M. Yazıçıoğlu 2 il əvvəl Böyük Millət Məclisinə müraciət edərək 26 fevralın “Azəri soyqırımı günü” elan olunması və türk soyqırımı abidəsi inşa edilməsi ilə bağlı təklif irəli sürdüyünü xatırladıb. Onun sözlərinə görə, Xocalı soyqırımı kimi cinayəti yalnız ermənilər törədə bilərdi. BBP lideri soyqırımın ört-basdır edilməsinə cəhd göstərildiyini deyərək hökumətin dünyaya yumşaq, üzüyola görünmək siyasətini sərt tənqid edib: “Xocalıdakı soyqırımı görməməzliyə vurdunuz. Qərb sizi sevdimi? Kiprlə bağlı Annan planını dəstəklədiniz. Qərb sizi sevdimi? İraqın Telafer şəhərində türkmənlərin qətl edilməsinə seyrçi qaldınız. ABŞ sizi sevdimi?”
BBP sədrinin müşaviri, sabiq mədəniyyət naziri Namiq Kamal Zeybək isə erməni mədəniyyətində insanlığa zidd elementlər olduğunu vurğulayaraq bildirib ki, Xocalı soyqırımı bunun tipik nümunəsidir. Toplantıda Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Ceyhun Məmmədov da iştirak edib. O, çıxışında Azərbaycanın gündən-günə gücləndiyini və əvvəl-axır öz torpaqlarını geri alacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR