Bank Of Baku

AŞ PA prezidenti Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətsizliyinə münasibət bildirib

AŞ PA prezidenti Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətsizliyinə münasibət bildirib
# 14 aprel 2008 13:59 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. “Biz Dağlıq Qarabağ üzrə Alt Komitənin işini hər zaman diqqətdə saxlayırıq. Bundan sonrakı addımlarımızı da AŞ PA-da və Alt Komitədə bu məsələ ilə bağlı indiyədək qəbul edilmiş sənədlərə əsasən atacağıq”. APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri AŞ PA prezidenti Luis Mariya de Puç bu gün keçirdiyi mətbuat konfransında qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin son vaxtlar fəaliyyətsizliyinə münasibət bildirərkən deyib. Məsələ ilə bağlı müəyyən fikirlərinin olduğunu qeyd edən AŞ PA prezidenti hansı səpkili tövsiyələrin irəli sürüləcəyinin indidən söyləməyin qeyri-mümkünlüyünü diqqətə çatdırıb: “Məsələn, bəzi şəxslər Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətlərinin bu işə cəlb edilməsi təşəbbüsünü irəli sürüblər. Demək istədiyim odur ki, qəbul edəcəyimiz tövsiyələrdə həyata keçirilməsi vacib olan bir çox ideyalar var”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR