Bank Of Baku

Araz Əzimov: “Ermənistan prezidenti əvvəlki kursu davam etdirərsə, heç bir nəticə olmayacaq”

Araz Əzimov: “Ermənistan prezidenti əvvəlki kursu davam etdirərsə, heç bir nəticə olmayacaq”
# 15 aprel 2008 08:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk Qrupunun bu gün Vyanada keçiriləcək toplantısı ilə bağlı açıqlamasında deyib. O, Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilməsinin dövlət başçılarının öz qərarlarından asılı olduğunu söyləyib: “Metyu Brayza görüşün olacağını deyirsə, ya nəsə bilir, ya da bu, onun istəyidir. Danışıqlar üçün əsas yarandıqda biz bundan heç vaxt çəkinmirik. Amma Ermənistan prezidenti əvvəlki kursu davam etdirərsə, heç bir nəticə olmayacaq”. GUAM ölkələri ərazisindəki münaqişələrlə bağı BMT-yə təqdim olunmuş qətnaməyə toxunan A. Əzimov Azərbaycanın bu məsələdə ilk addımı atdığını xatırladıb: “Bu, GUAM-ın qətnaməsinin irəli sürülməsi və səsə qoyulması üçün əlavə əsas olacaq”. Nazir müavini Azərbaycanın həmsədrlərin dəyişdirilməsi proseduru barədə ATƏT-ə göndərdiyi sorğuya hələ cavab verilmədiyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR