Bank Of Baku

Aqil Abbasın “Dolu” kitabının təqdimatı keçirilib

Aqil Abbasın “Dolu” kitabının təqdimatı keçirilib
# 16 aprel 2008 15:32 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün yazıçı, millət vəkili Aqil Abbasın Qarabağ həqiqətlərindən bəhs edən “Dolu” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə kitabın Qarabağ haqqında yazılan dəyərli vəsait olduğunu bildirib. Millət vəkilləri Nizami Cəfərov, Bəxtiyar Sadıqov, Elmira Axundova, şair Ənvər Əhmədin çıxışlarında əsərin mövzusu ilə yanaşı, uğurlu təhkiyəsinin olması vurğulanıb. Ənvər Əhməd 16 il əvvəl Şuşadan gətirilmiş xarı bülbülü Aqil Abbasa təqdim edərək ondan Qarabağın simvolu olan bu çiçəyin adında kitab yazmasını istəyib. Tədbirin sonunda müəllifin imzası ilə “Dolu” kitabı oxuculara təqdim edilib.
Qeyd edək ki, 5 min tirajla işıq üzü görən kitabın rus, ingilis dillərinə və Türkiyə türkcəsinə tərcüməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR