Bank Of Baku

Araz Əzimov: “GUAM ölkələri öz ərazilərində mövcud olan münaqişələri həll etmək üçün güclərini birgə səfərbər etməlidir”

Araz Əzimov: “GUAM ölkələri öz ərazilərində mövcud olan münaqişələri həll etmək üçün güclərini birgə səfərbər etməlidir”
# 16 aprel 2008 15:36 (UTC +04:00)
APA-nın məlumatına görə, A. Əzimov bildirib ki, ən önəmli məsələ bu konfransın nəticələri əsasında hansı addımların atılacağıdır: “GUAM ölkələri öz ərazilərindəki münaqişələrin həlli üçün səylərini birləşdirməlidir. Bu münaqişələr beynəlxalq hüququn dünya ictimaiyyəti tərəfindən tanınmış prinsipləri əsasında həll olunmalıdır. GUAM ölkələrinin münaqişələrin həllinə yanaşma prinsipləri belədir və bu mövqe iki il əvvəl GUAM dövlət başçılarının sammitində razılaşdırılıb”. Araz Əzimov GUAM ölkələrinin öz ərazilərindəki münaqişələri həll etmək üçün güclərini birgə səfərbər etməli olduğunu bildirib. O, Azərbaycanın mövcud münaqişələrin “dondurulmuş münaqişələr” kimi təqdim edilməsinin düzgün olmadığı barədə fikirləri də əsassız adlandırıb: “Biz dondurulmuş münaqişə deyəndə problemin həllinin deyil, situasiyanın dondurulmasını nəzərdə tuturuq”. Araz Əzimov Azərbaycanın öz ərazisində sülh və sabitliyi təmin etməyə həmişə hazır olduğunu deyib: “Ermənistanın mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllini maksimum uzatmaqdan ibarətdir. Bu problemin həll imkanları və yolları mütləq tapılmalıdır. Bunun yolları isə siyasi təzyiq, beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq və beynəlxalq birliyin vahid mövqedən çıxış etməsidir”. Araz Əzimov Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqları davam etdirməyə hazır olduğunu və dialoqdan imtina etmədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR