Bank Of Baku

Araz Əzimov: “Azərbaycan öz öhdəliklərini yerinə yetirir, qarşı tərəf isə atəşkəs rejimini pozur”

Araz Əzimov: “Azərbaycan öz öhdəliklərini yerinə yetirir, qarşı tərəf isə atəşkəs rejimini pozur”
# 16 aprel 2008 16:30 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Dağlıq Qarabağ münaqişəsi heç vaxt və heç bir mərhələdə “dondurulmayıb”. Bu münaqişəni “dondurulmuş” adlandırmaq olmaz, situasiya “dondurula” bilər”. APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, Azərbaycan öz öhdəliklərini yerinə yetirir, qarşı tərəf isə atəşkəs rejimini pozur: “Ermənistan münaqişənin “dondurulmasını” istəyir və bizim diskussiyalarımızın mahiyyətini bu məsələ təşkil edir”. A. Əzimovun sözlərinə görə, bəzi qüvvələr Dağlıq Qarabağ probleminin həllindən qaçmaq və statusu “dondurmaqla” müəyyən məqsədlərinə çatmaq istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR