Bank Of Baku

Dövlət Komissiyası Azərbaycan Ordusunun əsgəri Vüsal Heybətovun ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib

Dövlət Komissiyası Azərbaycan Ordusunun əsgəri Vüsal Heybətovun ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib
# 17 aprel 2008 08:34 (UTC +04:00)
Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya açıqlamasında bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən komissiyaya əsirlə bağlı məlumat verilib. Ş. Sayılov deyib ki, komissiya əsirin geri qaytarılması barədə mövqeyini BQXK vasitəsilə Ermənistandan tələb edib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, qurumun Dağlıq Qarabağ ofisinin nümayəndələri dünən V. Heybətovla görüşüblər. Məlumata görə, əsirin saxlanma şəraiti, fiziki durumu ilə bağlı monitorinq aparılıb. V. Heybətov ailəsinə məktub yazıb.
Qeyd edək ki, V. Heybətovun Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində əsir götürülməsi barədə ilk olaraq erməni mənbələri məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR