Bank Of Baku

Lord Rassel Conston: “Dağlıq Qarabağ münaqişəsinin həll yollarını tapmaq bizim komitənin mandatına daxil deyil” - EKSKLÜZİV

Lord Rassel Conston: “Dağlıq Qarabağ münaqişəsinin həll yollarını tapmaq bizim komitənin mandatına daxil deyil” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 18 aprel 2008 07:56 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosunun əməkdaşına AŞ PA Dağlıq Qarabağ üzrə Alt Komitəsinin rəhbəri, britaniyalı deputat Lord Rassel Conston verib. O, nümayəndə heyətləri arasında görüşün qurumun yanvar sessiyasına kimi təxirə salınmasının səbəblərini açıqlayıb: “Qərara gəldik ki, iki səbəbə görə görüşü gələn ilin yanvar sessiyasına kimi təxirə salaq. Birinci səbəb Ermənistandakı hazırkı vəziyyətlə bağlıdır. Çünki bu problem hələ öz həllini tapmayıb və əlverişli şərait olmadığı üçün iyunda belə bir görüş keçirmək mümkün olmazdı. Alternativ təklif kimi həmin görüşün oktyabr sessiyasında keçirilməsi təklif olundu. Lakin oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcək və bu da görüşün təxirə salınmasının ikinci səbəbidir. Hər iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri bu qərara gəldilər ki, bu görüş yanvarın sonuna planlaşdırılsın. Bu da bizə tədbirə lazımi hazırlıqlar görmək üçün əlavə vaxt verəcək. Fikrimcə, əsas məsələ odur ki, hər iki tərəf görüşün tarixi ilə bağlı razılığa gəlib. Yaxın zamanlarda, daha doğrusu, mayın sonlarında Ermənistanın yeni seçilmiş prezidenti ilə görüşəcəyəm”. Lord Rassel Conston Dağlıq Qarabağ regionuna səfər etmək niyyətində olmadığını bildirib: “Gələn ilin yanvarında keçirəcəyimiz tədbiri yalnız Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək düzgün olmazdı. Bu, heç də əsas məqsəd deyil. Bu münaqişənin həll yollarını axtarmaq bizim komitənin mandatına daxil deyil. Biz iki ölkənin parlament üzvləri arasında əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə yardım etmək istəyirik. Bununla iki ölkənin millət vəkilləri arasında obyektiv dialoq mühitinin yaranmasına nail olaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR